Menu

Qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərini bu şirkət tikəcək – 5.2 milyon alacaq

10.08.2026, 11:27
Qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərini bu şirkət tikəcək – 5.2 milyon alacaq

2026-cı ilin 27-28 mart və 4-6 aprel tarixlərində müşahidə olunan aramsız və intensiv yağışlar nəticəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin tikntisi (52 ədəd ev) işlərini həyata keçirəcək şirkətin adı açıqlanıb.

"AzPolitika" Pravda.az-a istinadla xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti işi “Azəri Biznes” MMC-yə verib.

Ayrılan vəsait isə 5 243 667 AZN-dir.

Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol