İranın Ali Rəhbəri Müctəba Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generali Əli Abdollahini ölkə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edib.
TASS xəbər verir ki, bu barədə məlumatı Tehran rəsmiləri yayıb.
Qeyd olunur ki, təyinatdan öncə Müctəba Xamenei son üç ayda ilk dəfə Prezident Məsud Pezeşkian ilə görüş keçirib. Ayətullahın dəftərxanasından verilən məlumatda tərəflərin əhalinin ehtiyaclarının təmin edilməsi, ABŞ ilə davam edən hərbi münaqişə, onun perspektivləri və xarici tərəfdaşlarla iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etdiyi bildirilib.
Görüş Məsud Pezeşkianın prezidentlik müddətinin ikinci ilinin tamam olmasına həsr olunub.

Şərhlər