Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin (SSO) "Deep Strike" bölmələri Rusiyanın dərinliklərində növbəti strateji əməliyyatı həyata keçirib. Rusiyanın "Qara Qığılcım" müqavimət hərəkatı ilə birgə təşkil edilən hücum nəticəsində Tümen vilayətinin Tobolsk şəhərində yerləşən "ZapSibNeftekhim" (ЗапСибНефтехим)zavodu hədəf alınıb.
Ukrayna tərəfinin verdiyi məlumata görə, SSO-ya məxsus pilotsuz uçuş aparatları (PUA) hədəfə çatmaq üçün 2000 kilometrdən çox məsafə qət edib. Hücumdan sonra kompleksin ərazisində güclü yanğınlar və ciddi dağıntılar qeydə alınıb.
"ZapSibNeftekhim" Rusiyanın və Avropanın gücünə görə ən böyük neft-kimya kompleksidir. Tümen vilayətinin Tobolsk şəhərində yerləşir və SIBUR holdinqinə daxildir. Kompleks ildə 2,5 milyon ton polimer (1,5 mln. ton polietilen və 1 mln. ton polipropilen) istehsal etmək gücünə malikdir.
"AzPolitika.info"

Şərhlər