Menu

"Avropa İttifaqı reallaşması mümkün olmayan vədlər verir" – Rusiya XİN-dən XƏBƏRDARLIQ

11.08.2026, 10:15
"Avropa İttifaqı reallaşması mümkün olmayan vədlər verir" – Rusiya XİN-dən XƏBƏRDARLIQ

“Avropa İttifaqı (Aİ) Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələri reallaşması mümkün olmayan vədlərlə bir-birindən ayırmağa çalışır”.

"AzPolitika" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin yerli mediaya deyib.

“Avropa İttifaqı müxtəlif platformalarda bizi bir-birimizdən ayırmaq, aramızdakı məsafəni uzatmaq üçün səylər göstərir, bu, faktdır. Aİ komissarları ayrı-ayrı ölkələrə gedərək, böyük ehtimalla heç vaxt yerinə yetirilməyəcək şeyləri reklam edir, vədlər verirlər. Ola bilsin, məhz bütün bu vədlər bizim qarşılıqlı fəaliyyətimizi pozmağa yönəlib”, - o bildirib.

Pankin qeyd edib ki, buna görə də hazırda əsas vəzifə, xüsusilə Ermənistan rəhbərliyinin mövqeyini nəzərə alaraq, inteqrasiya prosesinin pozulmasına yol verməməkdir. Diplomat xatırladıb ki, İrəvan 2025-ci ildə Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun qəbul etdikdən sonra Brüssellə yaxınlaşma kursunu davam etdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol