Menu

"RƏSMİ ŞƏKİLDƏ REKTORAM..." - “Təhsilin rektor olmağa nə dəxli var ki?” + VİDEO

11.08.2026, 21:32
"RƏSMİ ŞƏKİLDƏ REKTORAM..." - “Təhsilin rektor olmağa nə dəxli var ki?” + VİDEO

"Şərurlu İsfəndiyar" kimi tanınan tanınmış iş adamı İsfəndiyar Axundov növbəti dəfə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

"AzPolitika" xəbər verir ki, iş adamı "Zarafat bir yana" verilişində hazırda böyük məktəb tikintiləri ilə məşğul olduğunu və hətta özünü bu müəssisələrdən birinin rəsmi rektoru elan etdiyini bildirib: "Hazırda çox gözəl məktəblər tikirəm. Tək bir məktəbim 10 min kvadratdır. Allahın izni ilə, qurtaranda sizi dəvət edəcəyəm. Bəlkə də Azərbaycanda elə bir məktəb yoxdur. Məktəblərdən biri "Vasmoy"da, "Həzi Aslanov" metrosunun yaxınlığındadır, biri "Kubinka"da, biri də Hövsandadır. Mən həm də həmin məktəbin rəsmi şəkildə rektoruyam, əmrim var. Həmin sənədi sizə göstərə bilərəm".

Aparıcının "Təhsil almadan rektor?" sualına isə tikinti maqnatı özünəməxsus cavab verib: "Rektorun təhsilə nə dəxli var ki? Bu, sadəcə bir vəzifədir".

Şərhlər

Eli 2026-08-11 15:43:13

Mektebin rektoru yix direktoru olur bu adam hele de bunu bilmir bes jurnslust nece o da bilmur.Byrda təəccüblü heç ne yixdyr.Deyirsiniz belkə diger institut rektorları bindan savadlıdlr onlar da pul gücünə rektor olubkar.Elm adamı heç vaxt vəzifəyə qaçmayıb onları xahiş minnətlə vəzifəye getirirlər.Bunun heç olmasa elmi olmasa da Helmi var.

qiyas 2026-08-11 11:08:54

Gorun ne gundeyik.aci realliq adini yaza bilmeyen tehsile rehberlik edecek. bu ne demekdir adiyyati qurumlar hara baxir. tehsil nazirliyi yeqin esidib

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol