Şəki Rayon Məhkəməsinə yeni hakim təyin edilib.

"AzPolitika" xəbər verir ki, Məmmədli Hacı Əliheydər oğlu Şəki Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. O, bu vəzifəyə təyin edilməzdən əvvəl Şəmkir rayon prokurorluq orqanlarında çalışıb.

Hacı Məmmədli 2026-cı il iyulun 13-dən etibarən Şəki Rayon Məhkəməsində hakim kimi fəaliyyətə başlayıb.

Qeyd edək ki, təyinat Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında həyata keçirilib. Sərəncama əsasən, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin olunub.