Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.
"AzPolitika" xəbər verir ki, bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 1 iyul 2026-cı il tarixə muxtar respublikada əhalinin sayı 2025-ci ilin müvafiq dövrünə nisbətən 1233 nəfər və ya 0,3 % artaraq 472 951 nəfər olub.


Şərhlər
Həmişəki kimi yalan statistika. Naxçıvanda adam qalıb bəyəm. Əhali ilbəil işsizlikdən tərk edir Naxçıvanı. Kəndlər, rayon mərkəzləri gündən günə boşalır. Real olaraq bu gün muxtar respublikada heç 200 000 min adam yaşamır. Bunu rəhbərlik daha yaxşı bilir.