Rusiyalı strimer(internet üzərindən canlı yayımlar edən və öz kontentini izləyicilərlə real vaxt rejimində paylaşan şəxs), "Fasoolka" ləqəbi ilə tanınan Kseniya Quzayeva Qazaxıstandan deportasiya edilib. Ona 5 il müddətinə ölkəyə giriş qadağan olunub.
"AzPolitika" xəbər verir ki, bu barədə "RİA Novosti" Astana Polis Departamentinə istinadən məlumat yayıb.
Bildirilib ki, strimerin deportasiyasına səbəb internetdə, xüsusilə “Twitch” platformasındakı yayımlar zamanı səsləndirdiyi təxribat xarakterli və yanlış ifadələr olub.
Qazaxıstanın polis orqanlarının məlumatına görə, Quzayeva yerli sakinlər, ölkənin mədəniyyəti və adət-ənənələri ilə bağlı aşağılayıcı stereotiplər səsləndirib. Həmçinin onun Qazaxıstanın ərazi bütövlüyünü şübhə altına alan ifadələrə yol verdiyi qeyd olunub.
Məlumata görə, strimer məhkəmənin qərarı ilə inzibati məsuliyyətə cəlb olunub və bundan sonra ölkədən çıxarılıb.(Publika.az)

Şərhlər