Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsində aparılan cinayət işi çərçivəsində "Qazprom Ermənistan" şirkətinin və dövlət yoxlama orqanının əməkdaşları rüşvət almaq və verməkdə təqsirləndirilərək saxlanılıblar.

"AzPolitika" Ermənistan mətbuatına istinadla xəbər verir ki, Komitədən bildirilib ki, "Qazprom Ermənistan" QSC-nin 4 əməkdaşı və Şəhərsalma, Texniki və Yanğın Təhlükəsizliyi Müfəttişliyinin 1 vəzifəli şəxsi məsuliyyətə cəlb olunub.

İstintaq materiallarına əsasən, sözügedən şəxslər yeni tikililərin qazla təmin edilməsi prosesində aşkar olunmuş qayda pozuntularına göz yummaq və müsbət rəy vermək müqabilində rüşvət almaqda ittiham olunurlar.

Saxlanılan 4 nəfər barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində isə ev dustaqlığı seçilib.