"Tramp marşrutu" (TRIPP) ərazi və ya hərbi baza deyil, infrastruktur layihəsidir və onun çərçivəsində hər hansı başqa bir dövlətin təhlükəsizlik qüvvələrinin mövcudluğu nəzərdə tutulmur.
"AzPolitika" "Report"a istinadən xəbər verir ki, bunu ölkə parlamentinin xarici əlaqələr üzrə daimi komitəsinin sədri vəzifəsinə namizəd Sarkis Xandanyan deyib.
"TRIPP infrastruktur layihəsidir. Ümumilikdə, TRIPP-də hər hansı başqa bir dövlətin təhlükəsizlik qüvvələri mövcud olmayacaq. Razılaşmada qeyd olunduğu kimi, təhlükəsizliyin təmin edilməsi Ermənistana və ölkənin müvafiq orqanlarına həvalə edilib", - o qeyd edib.
Deputat regional kommunikasiyaların açılması prosesinə də toxunaraq, onun artıq başladığını qeyd edib.
"Ermənistan artıq bir neçə aydır ki, Azərbaycan dəmir yollarından istifadə edir və Axalkalaki-Qars dəmir yolundan istifadəyə qoyulan qadağa da ləğv edilib. Bunlar da blokdan çıxarılma prosesinin detallarıdır", - Xandanyan bildirib.

Şərhlər