Menu

Qaxda ağır qəza: Yeniyetmələr xəsarət aldılar

19.11.2026, 22:32
Qaxda ağır qəza: Yeniyetmələr xəsarət aldılar

Qaxda baş vermiş yol-nəqliyyat hadisəsində dörd yeniyetmə xəsarət alıb.

"AzPolitika" xəbər verir ki, hadisə Qax rayonu ərazisində qeydə alınıb.

İlkin məlumata görə, yeniyetmənin idarə etdiyi minik avtomobili qəza nəticəsində aşıb. Avtomobildə olan Qax rayonunun Qaysarlı kənd sakinləri, 16 yaşlı Y.Aslanlı, 16 yaşlı E.Buğdaliyev, 16 yaşlı Q.Məmmədli və Bakı şəhər sakini, 15 yaşlı A.Əfəndizadə xəsarət alıblar.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol