"Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan QHT nümayəndələrinin ayin sonunda Ermənistana səfəri planlaşdırılır.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bu gün jurnalistlərlə söhbətində bildirib.
Simonyan əlavə edib ki, gələn ay isə onun Azərbaycan səfəri nəzərdə tutulub.
"Azərbaycan Prezidentinin köməkçisi Hacıyev artıq Ermənistana səfər edib və indi mən cavab səfəri etməliyəm” – Simoyan qeyd edib.
O əlavə edib ki, Dublində Hikmət Hacıyevlə bir çox texniki məsələləri və əməkdaşlığı müzakirə edib.
"Azərbaycan da itkin düşmüş şəxslər məsələsində maraqlıdır və təşəbbüs göstərib. Onlar iş planının layihəsini təklif ediblər və biz də öz təşəbbüsümüzü hazırlayıb təqdim edəcəyik. Biz bu məsələlərin həlli üçün çalışacağıq. 1990-cı illər müharibəsi zamanı itkin düşmüş bu şəxsləri tapmaqda çətinlik çəkirik", - deyə Simonyan bildirib.
Onun sözlərinə görə, həm Ermənistan, həm də Azərbaycan üzləşdiyi bütün potensial problemlərin həlli üçün işlər görür.
“AzPolitika.info”


Şərhlər