Menu

Rusiyadan miqrantlarla bağlı sərt qərar – Bunların vizası və iş icazəsi ləğv olunacaq

18.11.2026, 17:06
Rusiyadan miqrantlarla bağlı sərt qərar – Bunların vizası və iş icazəsi ləğv olunacaq

Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin yaydığı məlumata görə, 2027-ci il yanvarın 1-dən etibarən Rusiyadakı əmək miqrantları üçün yeni və daha sərt qaydalar qüvvəyə minir.

Həmin tarixdən etibarən ölkədəki xarici vətəndaşlara rəsmi gəlir məlumatları təqdim edilmədikdə viza və iş icazəsi verilməyəcək. Eyni zamanda, gəlir göstəricilərinin olmaması daha əvvəl verilmiş icazələrin ləğv edilməsi üçün birbaşa əsas yaradacaq. Qaydalara əsasən, gəlir dedikdə sığorta haqlarının ödəndiyi ödənişlər və digər rəsmi daxilolmalar nəzərdə tutulur.

Yerli medianın məlumatına görə, əcnəbilərin gəlirlərinə nəzarət etməyə imkan verən bu mexanizm 2026-cı ilin yazında Dövlət Duması tərəfindən qəbul edilmiş qanunvericilik dəyişikliklərində öz əksini tapıb.

Sənədə əsasən, cari ilin oktyabr ayından etibarən vergi orqanları xarici vətəndaşların təqvim ilinin 3-cü, 6-cı və 12-ci aylarına aid gəlir vergilərini avtomatik şəkildə Daxili İşlər Nazirliyinə, məşğulluq fəaliyyətinə dair məlumatları isə Pensiya və Sosial Sığorta Fonduna ötürürlər.

Yeni qaydalara görə, əmək miqrantının ümumi gəliri özü və ailəsinin hər bir üzvü üçün hesablanan yaşayış minimumundan aşağı olarsa, onun vizası ləğv ediləcək. Miqrantlar özləri və yanlarındakı hər bir uşaq üçün müəyyən miqdarda şəxsi gəlir vergisi ödəməlidirlər.

Bundan əlavə, viza ilə işləyən miqrantların övladları 18 yaşına çatdıqda Rusiyanı tərk etməli və ya 30 gün ərzində viza üçün yenidən müraciət etməlidirlər. Lakin iş və daimi yaşayış icazəsi olan miqrantların azyaşlı uşaqları Rusiyada qalmaq hüququnu qoruyub saxlayırlar.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol