Çinə APEC sammitində iştirak etmək üçün gələn ABŞ Prezidenti Donald Trampı Çin rəhbəri Si Cinpin hava limanında şəxsən qarşılayıb.
“AzPolitika” xəbər verir ki, xarici KİV-lər bu məqama xüsusi diqqət ayırıblar. Çin televiziyasının yayımladığı görüntülərə görə, Tramp və Si qucaqlaşıb, sonra dövlət himnlərini dinləyib və qırmızı xalçadan birlikdə avtomobil kortejinə qədər gediblər.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Çinə Trampdan daha əvvəl gəlib və artıq Si Cinpinlə 2 saatlıq görüş də keçirib. Putin Şençjen hava limanında Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Daimi Komitəsinin üzvü və Pekinin keçmiş meri Çay Çi tərəfindən qarşılanıb.
Əlavə edək ki, APEC sammiti çərçivəsində üç ölkə liderinin görüşü gözlənilir.
“AzPolitika.info”


Şərhlər