Menu

BDU REKTORU VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Yeni təyinat

19.11.2026, 10:06
BDU REKTORU VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Yeni təyinat

Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

"AzPolitika" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

İlham Əliyev həmçinin Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Xatırladaq ki, Elçin Babayev 2019-cu il martın 11-də Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol