Menu

RAMİZ MEHDİYEV HÖKMDƏN NARAZIDIR - Apellyasiya şikayəti verdi

18.11.2026, 10:43
RAMİZ MEHDİYEV HÖKMDƏN NARAZIDIR - Apellyasiya şikayəti verdi

Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlərdə və korrupsiyada təqsirli bilinən Azərbaycan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmır. Mehdiyev barəsində çıxarılan hökmdən apellyasiya şikayəti verib.

Apellyasiyada Ramiz Mehdiyevin cinayət işinə yenidən baxılması, hərəkətlərinə düzgün hüquqi qiymət verilməsi və daha yumşaq hökm çıxarılması tələb olunur. İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyevə göndərilib. İclasının tarixi hələ təyin edilməyib.

Xatırladaq ki, uzun illər Prezident Administrasiyasına rəhbərlik etmiş, daha sonra isə AMEA-ya başçılıq etmiş Ramiz Mehdiyevin cinayətkar fəaliyyəti ötən il ifşa olunub. Həmin vaxt Dövlət Təhlükəsizliyi Xidməti (DTX) onun dövlət çevrilişi cəhdini təsdiqləyən səs yazılarını yayımlayıb.

Ötən ay verilən hökmdə Mehdiyev bir sıra ağır cinayətlərdə təqsirli bilinib. Bunlara hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş hərəkətlər, dövlətə xəyanət, çirkli pulların yuyulması və külli miqdarda rüşvət alma kimi ittihamlar daxildir.

Lakin Mehdiyevin yaşını və sağlamlığını nəzərə alaraq məhkəmə onu 14 il şərti azadlıqdan məhrum edib. Bundan əlavə, məhkəmə Mehdiyevin əmlakının müsadirə edilməsi və bütün dövlət mükafatlarının ləğv edilməsi barədə qərar çıxarıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol