Menu

Rusiyanın An-12 təyyarəsi niyə qəzaya uğrayıb? - Müdafiə Nazirliyi səbəbi açıqladı

18.11.2026, 10:17
Rusiyanın An-12 təyyarəsi niyə qəzaya uğrayıb? - Müdafiə Nazirliyi səbəbi açıqladı

Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı Kemerovo vilayətində An-12 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğradığını təsdiqləyib. Qurumun məlumatına görə, hadisə nəticəsində 19 nəfər həlak olub.

Qəzanın planlı uçuş həyata keçirilən zaman baş verdiyi qeyd edilir. Təyyarə yaşayış olmayan əraziyə düşüb.

Müdafiə Nazirliyi hadisənin səbəbi kimi texniki nasazlığı göstərib və bildirib ki, hadisə yerində Rusiya Hərbi-Kosmik Qüvvələrinin (VKS) xüsusi komissiyası işləyir.

Daha əvvəl Kemerovoda hərbi təyyarənin qəzaya uğraması barədə bir sıra KİV və Telegram kanalları məlumat yaymışdı. Güc strukturlarına yaxın olan "SHOT" Telegram kanalı və "REN-TV" göyərtədə olanların hamısının - 17 nəfərin həlak olduğunu bildirmişdi.

Vilayət rəhbəri İlya Seredyuk əvvəlcə sosial şəbəkələrdə Yaqunovo kəndi yaxınlığında aviasiya qəzasının baş verdiyini yazıb. Daha sonra isə Seredyuk qəza yerindən yayımladığı videomüraciətdə Kemerovo yaxınlığında düşən təyyarənin bölgədən tranzit keçdiyini bildirib, lakin göyərtədəkilərin sayı barədə məlumat verməyib.

"SHOT" Telegram kanalının yaydığı məlumata görə, qəzaya uğrayan An-12 hərbi-nəqliyyat təyyarəsi Novosibirskdən Kanska uçurmuş.

Təyyarə Yagunovo kəndi yaxınlığındakı tarlaya çırpılıb. Qəza nəticəsində təyyarənin qalıqları 500 metr radiusa səpələnib. Kanalın məlumatına görə, göyərtədə təhlükəli yüklər olmayıb, yerdə isə heç bir dağıntı qeydə alınmayıb.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol