Kriptovalyuta bazarında aparıcı rəqəmsal aktivlərin dəyərində ucuzlaşma tendensiyası davam edir.
“CoinMarketCap” platformasının məlumatlarına görə, son 24 saat ərzində Bitkoinin qiyməti 0,84 faiz azalaraq 64 354,46 ABŞ dollarına düşüb. Son bir həftə ərzində isə kriptovalyutanın dəyəri 12,60 faiz geriləyib.
Digər kriptovalyutalarda da qiymət azalması qeydə alınıb. Belə ki, “Ethereum” 1,34 faiz ucuzlaşaraq 1 803,38 dollara, BNB 0,35 faiz azalaraq 591,36 dollara enib.
“Bitcoin Cash”in qiyməti 0,25 faiz geriləyərək 208,44 dollar, “Quant”ın dəyəri isə 0,46 faiz azalaraq 152,72 dollar təşkil edib. /Trend


Şərhlər