Menu

ABŞ yeni termonüvə bombası hazırlamağı planlaşdırır

18.11.2026, 08:39
ABŞ yeni termonüvə bombası hazırlamağı planlaşdırır

ABŞ yeni termonüvə hava bombası olan B94-ün hazırlanmasını planlaşdırır. Layihəyə 77,1 milyon dollardan çox vəsaitin ayrılması nəzərdə tutulur.

Bu barədə ABŞ Senatının Təxsisatlar Komitəsinin dərc etdiyi sənəddə bildirilib.

“The War Zone” nəşrinin məlumatına görə, yeni bomba NDS-A proqramı çərçivəsində hazırlanır və dərinlikdə yerləşən möhkəmləndirilmiş hədəfləri məhv etmək üçün nəzərdə tutula bilər. Mütəxəssislər onun köhnəlmiş B83-1 bombalarını əvəz edə biləcəyini ehtimal edirlər.

Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının nümayəndəsi bildirib ki, proqram ABŞ-yə əlavə nüvə imkanları qazandırmağı hədəfləyir. Layihə üzrə işlər sürətlə davam edir.

Qeyd edək ki, ABŞ hazırda sualtı qayıqlardan buraxılan ballistik raketlər üçün nəzərdə tutulmuş W93 nüvə başlığını da hazırlayır. /Trend 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol