Menu

Paşinyanın yaratdığı komissiya ilk iclasını keçirdi: Ermənistan dəmir yollarını nə gözləyir?

18.11.2026, 00:05
Paşinyanın yaratdığı komissiya ilk iclasını keçirdi: Ermənistan dəmir yollarını nə gözləyir?

Rusiya tərəfi Ermənistanın dəmir yolu şəbəkəsinin inkişafı və yükdaşımaların artımı perspektivləri ilə bağlı qiymətləndirmələrini təqdim edib.

"AzPolitika" xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təqdimat Ermənistan dəmir yollarının idarə edilməsinə dair "Cənubi Qafqaz Dəmir Yolu" şirkəti ilə imzalanmış konsessiya müqaviləsinin effektivliyinin müzakirəsi üzrə birgə işçi qrupunun ilk iclasında baş tutub.

Rusiya tərəfi regional rəqabətin təmin edilməsi, mövcud dəmir yolu infrastrukturunun ötürücülük imkanları və investisiyaların geri qaytarılması məsələlərinə diqqət çəkib.

Ermənistan tərəfdən işçi qrupunun sədri, nazir müavini David İvanyan hökumətin dəmir yolu şəbəkəsinin inkişafı və regional kommunikasiyaların bərpası ilə bağlı mövqeyini təqdim edib. O, bu məsələlərin region və ölkə iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıb.

Tərəflər işçi qrupunun fəaliyyətini davam etdirmək və mütəmadi görüşlər keçirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, komissiyanın yaradılması ilə bağlı qərarı Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 15-də imzalayıb. Qərar oktyabrın 14-də onun "Rusiya Dəmir Yolları" ASC-nin baş direktoru Oleq Belozerovla görüşündə əldə olunan razılaşma əsasında qəbul edilib.

Danışıqlarda Rusiya tərəfini nəqliyyat nazirinin müavini Aleksey Şilo və "Rusiya Dəmir Yolları"nın baş direktorunun müavini Vyaçeslav Pavlovski təmsil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol