Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir tanınmış hakimi təqaüdə göndərilir.
"AzPolitika" Oxu.az-a istinadla xəbər verir ki, hakim Eldar İsmayılov hakimlik fəaliyyətini başa vurur.
Bildirilib ki, 19 noyabr 2026-cı il tarixində onun Bakı Ağır Cinayətlər Məhkəməsində sonuncu iş günü olacaq.
Qeyd edək ki, Eldar İsmayılov 2010-cu il oktyabrın 27-dən Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlik fəaliyyətinə başlayıb.
O, hakim olduğu müddətdə ictimai rezonans doğuran bir sıra cinayət işləri üzrə məhkəmə araşdırmalarına sədrlik etməsi ilə tanınıb.
Qeyd edək ki, 2025-ci il noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsinin üç hakimi - Novruz Kərimov, Cavid Hüseynov və Rasim Sadıxov yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər.


Şərhlər