Menu

Bakıda qadın qətlə yetirilib - Ögey qardaşı şübhəli bilinir

17.11.2026, 19:50
Bakıda qadın qətlə yetirilib - Ögey qardaşı şübhəli bilinir

Bakıda qadın qətlə yetirilib.

"AzPolitika" xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, rayon ərazisində 23 yaşlı qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Polisin keçirdiyi tədbirlərlə cinayəti törədən, ögey qardaşı A.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol