ABŞ və Rusiya Ukrayna ilə bağlı danışıqlar prosesində Avropa ölkələrinin də iştirakına razılıq veriblər.
"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında məlumat yayıb.
Dövlət başçısının sözlərinə görə, prosesə beş Avropa ölkəsinin, eləcə də Avropa Komissiyası, Avropa Şurası və NATO-nun nümayəndələri qoşulacaqlar.
"Ukrayna Avropadakı bütün tərəfdaşları ilə koordinasiyanı davam etdirir. Avropanın danışıqlarda güclü tərəf kimi təmsil olunması üçün bütün səviyyələrdə fəaliyyətimizi sürdürəcəyik. Bu məsələ ilə bağlı ABŞ-la da ortaq razılığa gəlmişik", – deyə Zelenski vurğulayıb.
Ukrayna Prezidenti yaxın həftələrdə hərbi əsirlərin növbəti mübadiləsinin həyata keçirilməsinə hazırlıq görüldüyünü də açıqlayıb.
Bundan əlavə, rəsmi Kiyev ABŞ vasitəçilərinə Xerson və Zaporojye vilayətlərində yerləşən daha 10 yaşayış məntəqəsinin sakinlərinin təxliyəsini təşkil etməyi təklif edib.


Şərhlər