Menu

Rusiyada əcnəbi tələbələrlə bağlı ciddi nəzarət mexanizmi yaradılır – Yeni qanun layihəsi

17.11.2026, 18:46
Rusiyada əcnəbi tələbələrlə bağlı ciddi nəzarət mexanizmi yaradılır – Yeni qanun layihəsi

Rusiyanın ali təhsil müəssisələrində və texnikumlarında əcnəbi tələbələrin qəbul prosesi, tədris proqramları, qiymətləri və aralıq attestasiya nəticələri yoxlanıla bilər.

"AzPolitika" xəbər verir ki, "Rusiya Federasiyasında təhsil haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan müvafiq layihə Dövlət Dumasına təqdim olunmaq üçün hazırlanıb.

Gözlənilir ki, belə yoxlamaların tətbiqi xarici vətəndaşların dərslərdə həqiqətən iştirak edib-etmədiyini və tədris planını mənimsədiyini dəqiq müəyyənləşdirməyə imkan verəcək.

"Hazırda əcnəbi tələbələr Rusiyada ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və sonrakı tədris prosesi ilə bağlı xidmətlərdən yararlanırlar. Bu da onlara ölkəyə daxil olmaq və müvəqqəti yaşamaq icazəsi əldə etmək imkanı verir. Lakin bu hallar heç də hər zaman real təhsil almaq məqsədi daşımır", – deyə təşəbbüsün müəlliflərindən biri vurğulayıb.

Qeyd olunur ki, hazırda təhsil vizası bəzi əcnəbilər üçün sadəcə Rusiya ərazisində qalmağı qanuniləşdirmək üçün rahat vasitəyə, həmçinin ölkəyə gəlişin əsl məqsədi olan əmək fəaliyyəti və qazanc əldə etmək niyyətini gizlətmək üsuluna çevrilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol