"An-12" hərbi təyyarəsi Rusiyanın Kemerovo vilayətinin Yaqunovo kəndi ərazisində qəzaya uğrayıb.
"AzPolitika" xəbər verir ki, bu barədə regionun qubernatoru İlya Seredyuk öz "Telegram" kanalında bildirib.
"Yaqunovo kəndi ərazisində aviasiya qəzası olub. Hadisə yerinə yola düşdüm. Orada operativ xidmətlər işləyir. Region tərəfindən lazımi köməklik göstərilir. Hadisənin təfərrüatları səlahiyyətli qurumlar tərəfindən müəyyənləşdirilir", - o yazıb.
Rusiya mediasında yayılan məlumata görə, ekipajın bütün üzvləri (17 nəfər-red.) həlak olub.


Şərhlər