Menu

DEPUTATLAR ARASINDA MÜBAHİSƏ: "Adlarını birinci görməyəndə stres keçirirlər"

18.11.2026, 14:24
DEPUTATLAR ARASINDA MÜBAHİSƏ: "Adlarını birinci görməyəndə stres keçirirlər"

Parlamentdə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

"AzPolitika" Oxu.Az-a istinadən xəbər verir ki, deputat Zahid Oruc bu qanun layihəsinin müzakirəsiz qəbulunu təklif edib:

"Ekranda adı olan həmkarlar etiraz eləməsələr, bu layihəni müzakirəsiz qəbul edək, ikinci oxunuşda ayrı-ayrı təklifləri vermək olar. Rica edirəm, birinci oxunuşda qəbul edək".

Bu zaman həmkarı Hikmət Babaoğlu ona sərt reaksiya verib:

"Doğrusu, adının həmişə birinci yazılmasına öyrəşmiş bəzi dostlarımız özlərini siyahıda birinci görməyəndə narahat olurlar, stres keçirirlər. Məncə, bu doğru deyil. Zahid müəllim, sizə deyirəm".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol