Təbriz və İrəvan arasında birbaşa aviareyslər iki illik fasilədən sonra avqustun 20-dən etibarən bərpa olunacaq.
"AzPolitika" xəbər verir ki, uçuşlar Təbrizin Şəhid Mədəni Beynəlxalq Hava Limanından "Pouya Airlines" aviaşirkəti tərəfindən həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək.
İlk Təbriz-İrəvan reysinin avqustun 20-də saat 09:00-da yerinə yetirilməsi planlaşdırılır.
Qeyd edək ki, İrəvan-Təbriz arasında birbaşa müntəzəm aviareyslər ilk dəfə 2021-ci il iyulun 1-də açılıb. Uçuşları Ermənistanın "Armenia Airways" aviaşirkəti həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri həyata keçirib.
Lakin birbaşa marşrut altı aydan bir qədər çox fəaliyyət göstərdikdən sonra aviaşirkətin uçuş proqramlarının optimallaşdırılması və təyyarələrin yenidən bölüşdürülməsi səbəbindən dayandırılıb.

Şərhlər