ABŞ Ukrayna böhranının həlli istiqamətində yeni danışıqçılara bel bağlayır.
"AzPolitika" xəbər verir ki, bu barədə "Financial Times" (FT) nəşri ABŞ administrasiyasındakı mənbəyə istinadən xəbər verib.
Nəşrin məlumatına görə, Ağ Ev məhz bu məqsədlə ABŞ İncəsənət Komissiyasının sədri kiçik Rodni Mims Kuku Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna (SPIEF) göndərib. Vaşinqton yeni vasitəçinin köməyi ilə Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqlarda kompromislər əldə edəcəyinə ümid edir.
"Financial Times" qeyd edir ki, Kuk 2018-ci ildən bəri Sankt-Peterburq forumunda iştirak edən ilk amerikalı rəsmi şəxs olub.
Nəşrin 18 avqust tarixli məqaləsində bildirilir ki, o, tədbirə getməzdən əvvəl diplomatik pasport alıb. Forum çərçivəsində Kuk Kreml nümayəndələri ilə, o cümlədən Rusiya Prezidentinin müşaviri Anton Kobyakov ilə görüşüb. Lakin o, bu diplomatik əlaqələri qurmaq üçün şəxsən ABŞ Prezidenti Donald Trampdan göstəriş alıb-almadığını açıqlamayib.
E. Səlimov
AzPolitika.info

Şərhlər