Menu

Dörd ölkənin XİN rəhbərləri İstanbulda bir araya gələcəklər

20.08.2026, 10:41
Dörd ölkənin XİN rəhbərləri İstanbulda bir araya gələcəklər

İstanbulda Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirlərinin görüşünün keçirilməsi planlaşdırılır.

“AzPolitika” xəbər verir ki, bu barədə məlumatı “Türkiye” qəzeti yayıb.

Bildirilib ki, avqustda baş tutması gözlənilən danışıqlar zamanı tərəflər Yaxın Şərqdəki vəziyyət, təhlükəsizlik və sabitlik kimi məsələləri müzakirə edəcək.

Qeyd edək ki, bundan əvvəl Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin XİN rəhbərləri Qahirədə görüş keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol