Menu

Gəncədə zibil poliqonunda aşkarlanan çürümüş döllə bağlı araşdırma aparılır

20.08.2026, 11:21
Gəncədə zibil poliqonunda aşkarlanan çürümüş döllə bağlı araşdırma aparılır

Gəncədə çürümüş dölün tapılması ilə bağlı araşdırma aparılır.

"AzPolitika" xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü dölün aşkar edilməsi faktı üzrə Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və aşkar edilmiş ölü dölə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin olunub, habelə hadisənin hallarının müəyyənləşdirilməsi məqsədilə digər zəruri prosessual hərəkətlər icra edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcəkdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol