Menu

"Rusiya layihədən kənarlaşdırılmayıb" - Paşinyan Azərbaycan və Türkiyə sərhədindəki tikintidən danışdı

20.08.2026, 14:46
"Rusiya layihədən kənarlaşdırılmayıb" - Paşinyan Azərbaycan və Türkiyə sərhədindəki tikintidən danışdı

Yerasxdan Azərbaycan sərhədinə və Axurikdən Türkiyə sərhədinə qədər olan hissələrdə infrastrukturun tikintisi və bərpası xarici özəl və ya dövlət vəsaitləri hesabına değil, tamamilə Ermənistanın dövlət büdcəsindən maliyyələşdiriləcək. 

"AzPolitika" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə bildirib.

Hökumət başçısı bu öhdəliklərin erməni tərəfinin üzərinə götürməsinin layihənin digər iştirakçılarının kənarlaşdırılması kimi qiymətləndirilməsi barədə fərziyyələri təkzib edib.

"Bu, Rusiya tərəfinin iştirakdan imtina etdiyi və ya kənarlaşdırıldığı anlamına gəlmir. Bu yalnız o deməkdir ki, sözügedən tikinti Ermənistanın dövlət büdcəsi hesabına həyata keçiriləcək. Hökumət öz ərazisində müəyyən infrastruktur sahələrinin maliyyələşdirilməsini və icrasını öz üzərinə götürür," – deyə Paşinyan qeyd edib.

E. Səlimov

AzPolitika. info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol