Parisdə ötən gün satirik jurnalın redaksiyasına hücum edərək 12 nəfəri öldürən şəxslərin adları bəlli olub. Musavat.com-un məlumatına görə, bu barədə “Est Republicain” nəşri xəbər verib.
Terrorçuların hər üçü ərəb mənşəli Fransa vətəndaşlarıdır. Bunlar - Səid və Şərif Kuaşi qardaşları, bir də Xamid Muraddır.
Bütün dünyanın diqqət mərkəzində olan cinayətin törədilməsində şübhəli bilinən həmin şəxslər artıq saxlanılıblar. Onların Reymsdə tutulduğu deyilir.
Buna baxmayaraq Fransanın Daxili İşlər Nazirliyi bununla bağlı heç bir rəsmi açıqlama verməyib. Amma hüquq-mühafizə orqanlarından məlumat təsdiqlənib.
Az öncə onlardan ən azı, ikisinin Suriyada döyüşdükləri bildirilmişdi.
* * *
Fransanın Daxili İşlər Nazirliyi Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasına hücumda şübhəli bilinən 3 nəfərin saxlanılması barədə məlumatı təkzib edib.
Bununla belə, redaksiyaya hücum edərək 12 nəfəri qətlə yetirən ərəb mənşəli Fransa vətəndaşlarının adları bəllidir. Bunlar Şərif və Səid Kuaşi qardaşları və Həmid Muraddı.



Şərhlər