Rusiyada Azərbaycan icmasının üzvlərinə qarşı təzyiq və təhdidlərin yenidən artdığı müşahidə olunur. 

“AzPolitika” xəbər verir ki, Rusiyanın Perm vilayətində Azərbaycan diasporunun liderlərindən biri kimi təqdim edilən Ruslan Məmməd oğlu Məmmədov saxlanılıb. 

Bu barədə Rusiya mediası FSB-nin regional şöbəsinə istinadla məlumat yayıb. Həmçinin, həmin şəxsin saxlanılması ilə bağlı görüntülər yayımlanıb.


Rusiya tərəfi iddia edir ki, Məmmədov şəxsiyyəti məlum olmayan hüquq-mühafizə orqanı əməkdaşlarına rüşvət təklif edib. İstintaq Komitəsi ona qarşı Rusiya Cinayət Məcəlləsinin 291.1-ci maddəsinin 5-ci hissəsi - rüşvətxorluqda vasitəçilik ittihamı ilə cinayət işi açıb. Həmçinin, onun 50 il müddətinə Rusiyaya girişinin qadağan olunduğunu bildirilir.

Azərbaycan və Rusiya arasında diplomatik gərginlik yaranan kimi, Rusiyada azərbaycanlılara qarşı bu cür təzyiqlərin, həbslərin baş verməsi artıq adi hal alıb. Görünür, indi də eyni ssenarinin - özbaşınalıqların, saxta cinayət işlərinin, həbslərin növbəti mərhələsi başlayır ki, bu da Rusiya hakimiyyətinin “ən yaxşı bacardığı” yeganə işdir…

“AzPolitika.info”