Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin dövlət səfərinə hazırlıq işləri aparılır.
"AzPolitika" xəbər verir ki, hava limanının ərazisi Azərbaycan və Özbəkistanın dövlət bayraqları ilə bəzədilib, Prezident İlham Əliyevin dövlət səfəri ilə əlaqədar qarşılanma mərasimi üçün zəruri təşkilati işlər həyata keçirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində yüksəksəviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Prezidentin dövlət səfərini işıqlandırmaq üçün Azərbaycanın media nümayəndələri Özbəkistana yola düşüblər.
Daha ətraflı Baku TV-nin videomaterialında:
***
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə əlaqədar Daşkənd küçələri iki ölkənin bayraqları ilə bəzədilib.
Bu barədə "Report"un Daşkəndə ezam olunmuş müxbiri məlumat verir.
Şəhərin əsas küçələrində və mərkəzi ərazilərində iki ölkənin dövlət bayraqları yanaşı yerləşdirilib.

Şərhlər