Menu

Zirvə görüşündə hansı məsələlər müzakirə olunacaq? - VİDEO

23.08.2026, 12:55
Zirvə görüşündə hansı məsələlər müzakirə olunacaq? - VİDEO

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başlayır.

"AzPolitika" Baku TV-yə istinadən xəbər verir ki, Daşkənddə yüksəksəviyyəli danışıqların, həmçinin Özbəkistan və Azərbaycan liderlərinin sədrliyi ilə Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi planlaşdırılır.

Zirvə görüşünün gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi və genişləndirilməsi məsələləri daxildir.

Danışıqların sonunda bir sıra mühüm sənədlərin imzalanması, həmçinin iqtisadi və humanitar layihələrin həyata keçirilməsinə başlanılması planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol