"Haber Global" telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın paytaxtı Daşkənd şəhərinə dövlət səfəri haqqında süjet təqdim edib.
"AzPolitika" xəbər verir ki, süjetdə "Daşkənd-Xumo" Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzüldüyü bildirilir.
Qeyd edilir ki, Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar.
Məlumata görə, İlham Əliyevin Ali Dövlətlərarası Şuranın üçüncü iclasında iştirakı gözlənilir.

Şərhlər