Rusiya ilə müharibə şəraitində olan Ukraynada hərbi səfərbərliyə cəlb olunanlarla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
"AzPolitika" xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda iki hərbçinin küçədə bir şəxsi zorla hərbi xidmətə aparmağa çalışdığı görünür. Şəxsin uzun müddət müqavimət göstərdiyi, hərbçilərin isə onu aparmağa çalışdığı anlar mobil telefon kamerasına düşüb.
Görüntülərdəki şəxsin sonrakı taleyi barədə məlumat yoxdur.
Qeyd edək ki, son dövrlərdə ölkədə hərbi xidmətə məcburi cəlbetmə ilə bağlı oxşar görüntülərə tez-tez rast gəlinir.
"AzPolitika.info"

Şərhlər