Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi III dərəcəli "Xidmətlərə görə" ordeni ilə təltif edib.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Diplomatın sözlərinə görə, V.Zelenski Ukraynanın bir sıra beynəlxalq tərəfdaşlarını dövlət mükafatları ilə təltif edib.
"Təltif edilənlər arasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də var, o, III dərəcəli "Xidmətlərə görə" ordeni ilə təltif edilib. Təbrik edir və əməkdaşlığa görə təşəkkür edirik", - səfir yazıb.
Hikmət Hacıyevin ordenlə təltif edilməsi haqqında fərman Ukrayna Prezidentinin saytında da dərc olunub.
Sənədə əsasən, H.Hacıyev və digər dövlətlərin bir sıra rəsmi şəxsləri dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsinə, Ukraynanın dövlət suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsinə verdikləri mühüm şəxsi töhfəyə görə yüksək mükafata layiq görülüblər.
President of Ukraine @ZelenskyyUa has honored international partners with state awards.
— Yuriy Husyev (@Husyev) August 24, 2026
Among the recipients is Assistant to the President of Azerbaijan @HikmetHajiyev, awarded the Order of Merit, (3rd Class).
Congratulations and thank you for cooperation! pic.twitter.com/xU9QE07kka

Şərhlər