Şəhid Xalid Həsənin anası Maya Quliyeva və şəhid kapitan Əliyev Rəşad Əmiralı oğlunun həyat yoldaşı Rəfiqə Əliyeva ali məktəbə qəbul olublar.
"AzPolitika" xəbər verir ki, Maya Quliyeva Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunub.
.png)
Qeyd edək ki, Maya Quliyeva bundan əvvəl kollecdə təhsil alıb.
Xalid Mahmud oğlu Həsən 26 yanvar 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. Atası Mahmud Həsən əslən Misirdən, anası Maya Quliyeva isə Ağdam rayonundandır.

Xalid Həsən Vətən müharibəsi zamanı - 4 noyabr 2020-ci ildə Kəlbəcər-Şuşa yolu istiqamətində, Ağdərə ərazisində şəhid olub.
O, ölümündən sonra Azərbaycan Prezidentinin Sərəncamı ilə III dərəcəli "Vətənə xidmətə görə" ordeni və digər medallarla təltif edilib.
Manset.az bildirir ki, Rəfiqə Əliyeva Azərbaycanın ali təhsil müəssisələrindən birinin “İqtisadiyyat” ixtisasına qəbul olub.

Qeyd edək ki, Kapitan Rəşad Əliyev 2020-ci il noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub. O, sağlığında orduda qüsursuz xidmətlərinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" III dərəcəli medalı , "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalına layiq görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Əliyev ölümündən sonra "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə", 29.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə də təltif edilib.

Şərhlər