Menu

Salyanda avtomobil ananın gözü qarşısında oğlunu vuraraq öldürdü - VİDEO

25.08.2026, 14:37
Salyanda avtomobil ananın gözü qarşısında oğlunu vuraraq öldürdü - VİDEO

Avqustun 21-i Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"AzPolitika" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qarabağlı kəndində "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 32 yaşlı Sahil Əsgərlini vurub. Piyada xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən orada ölüb.

Qeyd edək ki, sosial mediada hadisəyə dair videogörüntülər yayılıb. Məlum olub ki, Sahil Əsgərli anası ilə birgə yolu keçmək üçün yaxınlaşıblar. Bu zaman Sahil yaxınlaşan avtomobilin sürətini düzgün hesablamayaraq yolun hərəkət hissəsinə çıxıb və qaçmaq istəyib. Nəticədə, o, nəqliyyat vasitəsinin zərbəsinə tuş gəlib. Anası isə yolun kənarında qalaraq hadisənin şahidi olub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol