İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar ABŞ-nin Yaxın Şərqdəki kəşfiyyat infrastrukturuna milyardlarla dollar ziyan vurub.
Bu barədə "NBC News" telekanalı məlumat yayıb.
Məlumata görə, İranın zərbələri nəticəsində ABŞ kəşfiyyat qurumlarının regiondakı obyektlərinə dəyən zərərin miqyası daha əvvəl qarşılaşdıqları hallardan əhəmiyyətli dərəcədə böyük olub.
Vaşinqton Yaxın Şərqdə zədələnmiş kəşfiyyat infrastrukturunun bərpasına milyardlarla dollar vəsait xərcləməli ola bilər.
Habelə, bildirilib ki, İranın hücumları ABŞ Dövlət Departamentinin, Pentaqonun və kəşfiyyat strukturlarının regiondakı obyekt və imkanların təhlükəsizliyini təmin etmək qabiliyyəti ilə bağlı suallar doğurub.
"AzPolitika.info"

Şərhlər