Azərbaycan dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb.
Bu barədə "AzPolitika"ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər Əfqanıstan vətəndaşı saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Şərhlər