Menu

Ağsuda qəza ölümlə nəticələndi

28.11.2026, 10:17
Ağsuda qəza ölümlə nəticələndi

Ağsuda yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin ölüb.

"AzPolitika" xəbər verir ki, noyabrın 27-də axşam saatlarında Ağsu şəhəri ərazisində Ələddin Qədirovun idarə etdiyi "VAZ-2106" və Simran Əhmədlinin idarə etdiyi "Ford Transit" markalı avtomobillər toqquşub.

Nəticədə "VAZ-2106"-nın sürücüsü xəsarət alıb. Sərnişini olan arvadı, 60 yaşlı Məlahət Qədirova isə hadisə yerində ölüb.

Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol