İran dövlət televiziyasının efirində ABŞ Prezidenti Donald Trampın oğlu Barron Trampın öldürülməsi üçün 10 milyon dollar mükafat vəd edildiyi iddia olunub.
"IRIB"in 3-cü kanalında yayımlanan videoda Barron Trampın gündəlik həyatı, təhsili, təhlükəsizlik tədbirləri və şəxsi maraqları ilə bağlı müxtəlif məlumatlar təqdim edilib.
Videoda onunla əlaqə saxlaya biləcək şəxslərə istiqamətlər də göstərilib.
Məlumatın mənbəyi kimi “Trump Tower”də Barron Trampla görüşdüyü iddia edilən qadının göstərildiyi bildirilib. ABŞ tərəfi isə bu iddiaları təsdiqləməyib.
Qeyd edək ki, ötən ay İran mediasında Melaniya Trampın gündəlik həyatı və Barron Trampa qarşı təhdidlərlə bağlı oxşar məzmunlu video yayımlanmışdı.
"AzPolitika.info"

Şərhlər