"Taliban" hərəkatı ABŞ ilə diplomatik münasibətləri normallaşdırmağa can atdığını bəyan edib və Amerika səfirliyinin Qabilə qayıtmasına isti münasibət göstərdiyini açıqlayıb.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə hərəkat nümayəndələri "Al Hadath" telekanalına bildiriblər.

Taliblər ABŞ-nin Əfqanıstan aktivlərinin sərbəst buraxmasının da münasibətlərin yaxşılaşmasına kömək edəcəyini vurğulayaraq Vaşinqtonu öz "döyüşkən siyasət"ini dəyişməyə çağırıblar.

Telekanal qeyd edib ki, hərəkatın Əfqanıstanda hakimiyyətə gəlməsindən beş il keçməsinə baxmayaraq, ABŞ hələ də "Taliban" hökumətini tanımaqdan imtina edir.