Menu

Türkiyədə idman zalında yanğın baş verib - Ölən və yaralananlar var

30.08.2026, 22:21
Türkiyədə idman zalında yanğın baş verib - Ölən və yaralananlar var

Türkiyənin Batman şəhərinin idman zallarından birində baş verən yanğında 2 nəfər həyatını itirib, 1-i ağır olmaqla 10 nəfər yaralanıb.

"TRT Haber" xəbər verir ki, Gültəpə məhəlləsində yerləşən özəl idman zalında baş verən yanğının səbəbi hələ məlum deyil.

Tüstüdən təsirlənən 12 nəfər təcili tibbi yardım maşınları ilə şəhərdəki xəstəxanalara çatdırılıb. İki nəfər müalicə aldığı xəstəxanada göstərilən tibbi müdaxiləyə baxmayaraq xilas edilə bilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol