Menu

Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub

31.08.2026, 08:14
Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub

ABŞ-yə aid MQ9 pilotsuz uçuş aparatı (PUA) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçiləri tərəfindən Hörmüz boğazının üzərində hədəf alınıb.

"Report" SEPAH-a istinadən xəbər verir ki, PUA vurulub və Fars körfrəzinə düşüb.

Xatırladaq ki, ABŞ ordusu İranın Larak adasını atəşə tutub, ölən və yaralananlar olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol