Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
"AzPolitika" xəbər verir ki, cinayət şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1998-ci il təvəllüdlü Təhmasib Novruzov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin atası - 1955-ci il təvəllüdlü Nadir Novruzov saxlanılıb.
Məlumata görə, ata ilə oğlu arasında ailə münaqişəsi zəminində mübahisə olub, bu zaman atanın oğlunu bıçaqladığı bildirilir.
Faktla bağlı araşdırmalar aparılır.

Şərhlər