Belçika Avropa İttifaqı (Aİ) ərazisində dondurulmuş Rusiya aktivlərinin Kiyevə təhvil verilməsi planını növbəti dəfə bloklayıb. 

“AzPolitika” xəbər verir ki, bu barədə "Interfax Ukraine" agentliyinin Belçika mənbələrinə istinadən məlumat yayıba görə,

Belçikanın Müdafiə naziri Teo Franken bu gün verdiyi açıqlamada mövqelərinin qəti olduğunu bildirib: "Bu mövzu müzakirəyə açıq deyil". Nazir dondurulmuş Rusiya aktivlərinə el konulması məsələsini davamlı olaraq gündəmə gətirən ölkələri bu təhlükəli addımdan çəkinməyə çağırıb. Franken xüsusilə Baltikyanı ölkələrinə xəbərdarlıq edərək sərt fikirlər səsləndirib:

"Baltik ölkələri bu məsələni müntəzəm olaraq gündəmə gətirməklə və bizi çətin vəziyyətdə qoymaqla çox diqqətli olmalıdırlar. Litvanya, Letoniya və Estoniya Belçikadan mühüm dəstək aldıqlarını unutmamalıdırlar.

Belçika hökumətinin Rusiya aktivlərinin müsadirə edilərək Ukraynaya verilməsinə qarşı çıxmasının əsas səbəbi həmin vəsaitlərin coğrafi paylanmasıdır. Belə ki, Aİ-də dondurulmuş Rusiya aktivlərinin təxminən 90 faizi Belçikada fəaliyyət göstərən nəhəng depozitar depozit fondu –“Euroclear”da saxlanılır.

Brüssel rəsmiləri bildirirlər ki, öz ərazisində qeydiyyatdan keçmiş bir maliyyə qurumundakı vəsaitlərin müsadirə olunması beynəlxalq hüquq normalarına köklü şəkildə ziddir. Belçika hökuməti xəbərdarlıq edir ki, bu addım ölkə üçün ciddi hüquqi fəsadlar yarada, xüsusən də Rusiyanın beynəlxalq arbitraj məhkəmələrində qaldıracağı milyardlıq iddialarla nəticələnə bilər.

Rasim

“AzPolitika.info”