Menu

Rusiya dəmir yolu layihəsinə qoşulmağa hazırdır? - Mirzoyandan açıqlama

31.08.2026, 23:04
Rusiya dəmir yolu layihəsinə qoşulmağa hazırdır? - Mirzoyandan açıqlama

"Rusiya Ermənistan ərazisində Türkiyə və Azərbaycan sərhədlərinə aparan dəmir yolu hissələrinin bərpasının detallarını müzakirə etməyə hazırdır".

"AzPolitika" APA-ya istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, son 2-3 gün ərzində Rusiya nümayəndələrinin layihənin detalları, o cümlədən investisiyaların kim tərəfindən və hansı həcmdə yatırılacağını müzakirə etməyə hazır olduqları barədə siqnallar alıb.

Mirzoyan qeyd edib ki, məsələ Ermənistanın Azərbaycan və Türkiyə ilə dəmir yolu əlaqələrinin bərpasını nəzərdə tutur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol